azturkxeber.az
http://azturkxeber.az

“Əli və Nino” əsəri Ukrayna dilində çap edilib

26-02-2025

“Əli və Nino” əsəri Ukrayna dilində çap edilib


Görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Ukrayna dilində çap olunub. Mərkəzin nəşr etdiyi kitaba Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən tərcümə dəstəyi göstərilib.

BBMM-in mətbuat xidmətindənbildirilib ki, kitab Azərbaycan-Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə nəşr edilib.

Qeyd edək ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək çap olunmasını həyata keçirməkdir. Layihənin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev, layihəyə məsul şəxs isə Mərkəzin icraçı direktoru Rəvan Həsənovdur.

Ukrayna dilində çap olunan “Əli və Nino” əsəri sayca beşincidir. Belə ki, əsər bu günədək Mərkəz tərəfindən udi, talış, tat və ləzgi dillərinə də tərcümə olunaraq nəşr edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728