azturkxeber.az
http://azturkxeber.az

Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır

25-02-2025

Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır


Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir.

Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha diqqətli olmağa, müəyyən edilən sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728