azturkxeber.az
http://azturkxeber.az

     Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir.

24-02-2025

  

1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünya tarixində misli görünməmiş bir fəlakət baş verdi. Ermənistan silahlı qücü tərəfindən Xocalı şəhərinə edilən hücum nəticəsində 613 azərbaycanlı həyatını itirdi, 1275 insan əsir götürüldü və 150-dən çox insan itkin düşdü. Bu, böyük bir insanlıq faciəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq hüquq normalarına zidd bir soyqırım aktı idi.

     Bu gün XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edirik.  Xocalı faciəsi Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur.Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O qarlı-şaxtalı qış gecəsində silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə hücum edərək onun dinc əhalisinə amansızcasına divan tutdular.Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Bu məqsədyönülü şəkildə etnik, milli və dini bir qrupa qarşı kütləvi qətliam dünya ictimaiyyəti tərəfindən səs-küy ilə qarşılanmalı idi.Lakin böyük güclərin geosiyasi maraqları, bəzi dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, tələbatın artması ilə bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı.Bu hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildə "Xocalıya Ədalət" kompaniyası başladı. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir. Beynəlxalq miqyasda bu təbliğat kompaniyasının əhəmiyyəti danılmazdır.Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir və bu həqiqətin yayılması üçün medianın rolu danılmazdır. İnformasiya müharibəsi davam edir və Azərbaycan öz haqq səsini dünyaya çatdırmaq üçün müasir kommunikasiya vasitələrindən istifadə edərək bu mübarizəni davam etdirməkdədir.

     Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezidentin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə hər il dövlət səviyyəsində tədbirlər keçirilir.2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuş, şəhərin bərpası istiqamətində mühüm addımlar atmışdır. Bu addımlar həm faciənin unudulmaması, həm də Xocalının yenidən dirçəlməsi üçün tarixi əhəmiyyət daşıyır.Ölkəmiz tarixi Zəfəri ilə erməni faşizmini məğlub etdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında dünya güclərini erməni faşizmini məhv etmək üçün səylərini birləşdirməyə çağırır. Prezident İlham Əliyevin hələ 2022-ci il yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində bu çağırışını xüsusi qeyd etmək istərdik: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

     Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir. Rəşədaətli ordumuz Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.

 

Umucahan Əhmədova,

Salyan rayonu Piratman kənd tam orta ümumtəhsil məktəbin tarix müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728