Bir milyondan çox “Range Rover” və “Jaguar” sahibi haker hücumu səbəbindən təmir imkanından məhrum olub
Britaniyanın “Jaguar Land Rover”in (Hindistan Tata Motors-a məxsus JLR) avtomobil istehsalçısının kompüter sistemlərinə haker hücumu onun əsas biznes sahələrini praktik olaraq iflic edib.
“JLR” təcili olaraq informasiya sistemlərini söndürüb, onları yenidən işə salmaq cəhdləri hələ ki, uğursuz olub.
Kompüter sistemlərinin işinin dayandırılması təkcə istehsala deyil, həm də avtomobil təmiri sexlərinin işinə təsir göstərib. Hansılar ki, indi diaqnostika apara və “Range Rover”, “Discovery” və “Defender” avtomobillərinin, eləcə də “Jaguar” idman avtomobillərinin təmiri üçün JLR-dən yeni ehtiyat hissələrinə sifariş verə bilmirlər. Böyük Britaniyada bir milyondan çox “Land Rover” avtomobili və 373 minə yaxın “Jaguar” modeli qeydiyyatdan keçib.
Qeyd olunur ki, bəzi JLR avtotəmir sexləri mövcud ehtiyat hissələri resursundan istifadə etməklə fəaliyyətini davam etdirir və şirkət onlara texniki dəstək göstərir.
Şirkətin onlayn ehtiyat hissələri kataloqu uyğun detalların qeydi və əlavə məlumatı olan 100 min addan ibarətdir və ona giriş olmadan müəyyən bir model üçün düzgün hissəni tapmaq asan deyil.
“Land Rover” hissələri tədarükçüsü olan “Britpart”ın nümayəndəsi Pol Mayers bildirib ki, avtomobil istehsalçısı sifarişləri qəbul edə və göndərə bilmədiyi üçün “JLR”in qlobal ehtiyat hissələri tədarükü faktiki olaraq dayanıb. “Bizim hələ də olduqca çox sayda ehtiyat hissələrimiz var və biz onları öz nəqliyyat şəbəkəmiz vasitəsilə çatdıra bilərik, lakin bu, avtomobil təmiri emalatxanaların imkanlarını məhdudlaşdırır”, - deyə o əlavə edib.
Ötən çərşənbə gününə olan məlumata görə, JLR kompüter sistemindəki problemlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı hələ də konkret vaxt müddəti açıqlaya bilməyib. Hazırda Britaniya mətbuatında, eləcə də şirkətin öz saytında onun infrastrukturunun işinin bərpası ilə bağlı hələ ki, heç bir məlumat yoxdur.