azturkxeber.az
http://azturkxeber.az

HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib

06-09-2025

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Gəminin sualtı təxribat əleyhinə müdafiəsinin təşkili” və “Gəminin dayanacaqda davamlılıq uğrunda mübarizəsinin təşkili” mövzularında təlimlər keçirilib.

Təlimlərin məqsədi şəxsi heyətə gəminin sualtı diversiya əleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə də gəminin dayanacaqda baş verə biləcək fövqəladə hallar zamanı davamlılıq uğrunda mübarizəyə hazırlıq səviyyəsini yoxlamaq olub.

Təlimlərdə həmçinin gəminin dayanacaqda yanğına qarşı hazırlıq vəziyyəti, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların ərazidən təxliyə olunması qaydaları praktiki olaraq məşq etdirilib. Qəza partiyasının davamlılıq uğrunda mübarizə fəaliyyəti, eləcə də gəmidə baş verə biləcək yanğınların növünə və yerinə uyğun tətbiq ediləcək mübarizə üsulları yerində göstərilərək yoxlanılıb.

Keçirilmiş təlimlər müvəffəqiyyətlə başa çatıb. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930