azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan nümayəndə heyəti Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir

06-09-2025

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.

Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-da açılış mərasimi keçirilən tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri yer alıb. Media, beyin mərkəzləri, dövlət qurumları, biznes sektoru və akademik müəssisələrin nümayəndələrini bir araya gətirən Forum sülh üzrə konsensusun qurulması, inkişafın təşviqedici amillərinin müəyyənləşdirilməsi, yeni əməkdaşlıq yollarının araşdırılması və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində dərin müzakirələrin aparılması üçün imkan yaradır.

Forum çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua arasında imzalanmış “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.

Qeyd edək ki, Forum plenar sessiya, 4-cü Yunnan Beynəlxalq Kommunikasiya Forumu, Süni İntellekt Texnologiyası və Media Forumu, Qlobal Cənub Beyin Mərkəzləri Forumu, Qlobal Cənub Gənclər Dialoqu və Qlobal Cənub Dünya İrsi Forumu kimi əsas tədbirləri də əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930