azturkxeber.az
http://azturkxeber.az

Almaniyanın Türingen əyalətində kəndə ildırım düşməsi nəticəsində bir neçə ev yanıb

06-09-2025

Almaniyanın Türingen əyalətində kəndə ildırım düşməsi nəticəsində bir neçə ev yanıb

Almaniyanın Türingen əyalətindəki Droqnits kəndinə ildırımın düşməsi bir neçə evin yanması ilə nəticələnib.

Gecəyarısı baş verən hadisə zamanı ildırım kəndin mərkəzindəki təsərrüfat tikililərindən birinə düşərək yanğına səbəb olub. Yanğın sonradan yaxınlıqdakı evlərə keçib.

Türingen polisinin açıqlamasında üç evin, bir neçə təsərrüfat tikilisi və anbarının tamamilə yandığı bildirilib. Ümumilikdə 18 nəfər, o cümlədən azyaşlı və yaşlı sakinlər evsiz qalıb. Zərərçəkənlər müvəqqəti olaraq digər sakinlərin evlərinə sığınıblar.

Yanğının söndürülməsinə 150-yə yaxın xilasedici cəlb edilib. Əməliyyat zamanı iki yanğınsöndürən də xəsarət alıb.

Yerli hakimiyyət orqanları zərərçəkənlər üçün yardım kampaniyası elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930