İngiltərədə Viktoriya dövrünə aid binanın bir hissəsi çöküb
İngiltərənin Qərbi Yorkşir bölgəsində yerləşən keçmiş Viktoriya dövrünə aid kilsənin bir hissəsi küçəyə çöküb.
Hadisə Klekhiton şəhərində, Bradford yolu üzərində qeydə alınıb. Hadisə yerinə polis və yanğınsöndürən briqadaları cəlb olunub. Polis nümayəndəsinin sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə iri daş parçalarının küçəyə dağıldığı, binanın fasadının bir hissəsinin uçduğu görünür.
Hadisədən sonra Bradford yolu nəqliyyat üçün bağlanıb.