azturkxeber.az
http://azturkxeber.az

İsveçdə turizm rekordlar qırır

07-09-2025

İsveçdə turizm rekordlar qırır

İsveçdə bu il rekord turizm artımı qeydə alınıb.

“Visit Sweden” turizm şirkətinin məlumatına görə, ötən illə müqayisədə xarici mehmanxana yerləşdirmələrinin sayı 7 faizdən çox artıb.

Əvvəllər isveçlilər kütləvi şəkildə Cənubi Avropadakı çarter kurortlarına üz tuturdularsa, indi geriyə axın getdikcə artır – xaricilər İsveçə gəlirlər. Ən çox turist hələ də qonşu Danimarka və Norveçdən, eləcə də Almaniyadan gəlir, lakin artım ABŞ, Fransa, İtaliya və İspaniyadan xüsusilə nəzərə çarpır.

Norrbotten bölgəsi xarici mehmanxana yerləşdirmələri baxımından lider olub. Təkcə fransız turistlər iyul ayında iştiraklarını 41 faiz artırıblar. Pite Havsbad kimi böyük turizm obyektləri gündə 10 minə qədər rekord sayda ziyarətçinin olduğunu bildirir.

Ekspertlər bu tendensiyanın həm Avropadan gələn çarter proqramları, həm də “coolcation” - sərin iqlimi olan ölkələrdə istirahətə olan maraq ilə əlaqələndirirlər. Turistləri təbiət, səssizlik, mədəni dəyərlər və İsveçin həyat tərzi cəlb edir.

“Visit Sweden” şirkətinin baş direktoru Süzann Anderssonun sözlərinə görə, turizm təkcə ölkənin müsbət imicini yaratmır, həm də sərmayələri təşviq edir. Eyni zamanda hotel çarpayılarının orta hesabla 40 faizi hələ də boşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930