azturkxeber.az
http://azturkxeber.az

Kiyevə kütləvi hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

07-09-2025

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində azı 2 mülki şəxs həlak olub, 18 nəfər xəsarət alıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.

Şəhərdə güclü silsilə partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Fövqəladə Hallar Dövlət Xidmətinin yaydığı məlumatda isə hava hücumu nəticəsində Svyatoşin rayonunda bir neçə çoxmərtəbəli binaya ziyan dəydiyi qeyd olunub.

"Doqquzmərtəbəli binada yanğın 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi baş verib və tavanlar qismən dağılıb. Həmçinin anqar və avtomobillər yanıb", - deyə məlumatda bildirilib.

Darnitskiy rayonunda dördmərtəbəli yaşayış binasında iki mərtəbədə yanğın və qismən dağıntı baş verib.

Qeyd edək ki, sentyabrın 7-nə keçən gecədən başlayan kütləvi hava hücumu nəticəsində zərbə dronları və raketlərdən istifadə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930