azturkxeber.az
http://azturkxeber.az

Londonda aksiya zamanı 425 nəfər saxlanılıb

07-09-2025

Londonda aksiya zamanı 425 nəfər saxlanılıb

Londonda qadağan edilən “Palestine Action” təşkilatına dəstək aksiyasında təxminən 425 nəfər saxlanılıb.

Etirazçılar arasında polis əməkdaşlarına hücum edən, ictimai asayişi pozan və qadağan olunmuş təşkilata dəstək göstərən şəxslər olub. Etirazçılar polisə zərbələr vurub, müxtəlif əşyalar atıblar.

Xatırladaq ki, Britaniya hökuməti iyul ayında “Palestine Action” təşkilatını terrorçu qruplaşma elan edərək qadağan edib. Bu qərar təşkilat üzvlərinin Kral Hərbi Hava Qüvvələrinin bazasına daxil olaraq hərbi təyyarələrə ziyan vurmasından sonra qəbul edilib.

Son həftələrdə təşkilatın yüzlərlə dəstəkçisi saxlanılıb. Yalnız ötən ay bir gün ərzində 500-dən çox etirazçı, onların arasında 60 yaşdan yuxarı şəxslər də daxil olmaqla, həbs edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930