azturkxeber.az
http://azturkxeber.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 3 benefisiarı peşə təhsili müəssisələrinə qəbul olub

06-09-2025

Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan benefisiarları da var.

Mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən Aytac Həziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbul olub.

Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş Ləman Məmmədova təhsilini 1 nömrəli Bakı Tibb kollecində Mamalıq işi ixtisası üzrə davam etdirəcək.

Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digər benefisiar İbrahim Abdullayev isə 7 nömrəli Bakı Peşə Məktəbində Telekominikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisasında təhsil alacaq.

Tələbə olmağın sevincini yaşayan gənclərimizi təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930