azturkxeber.az
http://azturkxeber.az

Yüksək qan təzyiqi olan insanların çoxu duz əvəzedicilərindən istifadə etmir - ARAŞDIRMA

06-09-2025

Yüksək qan təzyiqi olan insanların çoxu duz əvəzedicilərindən istifadə etmir - ARAŞDIRMA

Amerika Ürək Dərnəyinin Baltimorda keçirilən Hipertoniya Elmi Sessiyalarında təqdim edilən yeni araşdırmaya görə, yüksək qan təzyiqi olan insanların çox az hissəsi duz əvəzedicilərindən istifadə edir. Halbuki bu məhsullar natrium qəbulunu azaltmaq və qan təzyiqini idarə etmək üçün sadə və ucuz üsul sayılır.

Tədqiqat ABŞ-də 2003-2020-ci illər arasında 37 mindən çox böyüklə aparılıb. Nəticələr göstərib ki, ümumilikdə böyüklərin 6 faizdən azı duz əvəzedicilərindən istifadə edib. 2013-2014-cü illərdə bu göstərici 5,4 faizə yüksəlsə də, 2017-2020-ci illərdə 2,5 faizə enib. Yüksək qan təzyiqi olanlar arasında istifadənin payı 3-10 faiz arasında dəyişib. Müalicə olunmayan yüksək qan təzyiqi olanlar və normal təzyiqi olanlarda istifadə həmişə 6 faizdən aşağı qalıb. Duz əvəzediciləri adi duzdakı natriumun bir hissəsini kaliumla əvəz edir. Kalium qan təzyiqini salmağa kömək edə bilər, lakin böyrək xəstəliyi olan və ya müəyyən dərmanlar qəbul edən insanlarda təhlükəli ola bilər. Mütəxəssislər bu səbəbdən həkimlə məsləhətləşmədən istifadənin doğru olmadığını bildirirlər.

Araşdırmanın müəllifi Yinying Vei qeyd edib ki, duz əvəzediciləri qan təzyiqini idarə etməkdə faydalı strategiya ola bilər, amma insanların çoxu bu imkandan istifadə etmir. Amerika Ürək Assosiasiyasının eksperti Amit Khera isə nəticələri “qaçırılan fürsət” adlandırıb və həkimlərlə xəstələr arasında mövzunun daha çox müzakirə edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Amerika Ürək Dərnəyi böyüklərə gündə 2300 mq-dan çox natrium qəbul etməməyi, xüsusən də yüksək qan təzyiqi olanların isə qəbulunu 1000 mq azaltmağı tövsiyə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930