azturkxeber.az
http://azturkxeber.az

Modem və routerlərdən istifadə ilə bağlı operator, provayder və vətəndaşlara müraciət olunub

24-02-2025

Modem və routerlərdən istifadə ilə bağlı operator, provayder və vətəndaşlara müraciət olunub


Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətlərindən istifadə edən vətəndaşları istifadə etdikləri “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırıb.

İKTA-dan  bildirilib ki, GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə yüksəksürətli internetdən tam yararlanmaq üçün düzgün “Wi-Fi” modem və ya marşrutlayıcının (Router) seçimi vacibdir.

“Bir çox istifadəçi internetin zəif işlədiyini düşünür, lakin problem internet xidmətində deyil, istifadə olunan köhnə və ya uyğun olmayan “Wi-Fi” avadanlığında ola bilər. İstifadəçilərə internetin keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə ən son texnoloji tələblərə cavab verən 5-ci və 6-cı nəsil (“Wi-Fi 5” və “Wi-Fi 6”) modem və marşrutlayıcılardan (Router) istifadə etmələri tövsiyə olunur. Belə ki, əgər abunəçinin GPON internet tarifi üzrə sürəti 100 Mbps ətrafındadırsa, ən azı “Wi-Fi 5” modemi istifadə etməsini, eləcə də daha yüksək performans, daha az gecikmə və eyni anda daha çox cihaz dəstəyi üçün isə “Wi-Fi 6” seçim etməsi məqsədəuyğundur. Həmçinin avadanlıq seçimi edərkən onun hansı məkanda istifadə edilməsinə diqqət yetirilməli, eyni zamanda internetin istifadə məqsədləri də nəzərə alınmalıdır. Belə ki, yüksəkkeyfiyyətli videolara baxmaq, onlayn videooyunlar, sosial şəbəkələrdəki və internet üzərində olan canlı yayımlar, konfranslar üçün bəzi hallarda artıq “Wi-Fi 4” cihazları kifayət etmir. Əgər daha yüksək sürət, gecikmənin az olması, həmçinin böyükölçülü “Smart TV”, onlayn oyunlar, HD, 4K və daha keyfiyyətli canlı izləmələr istifadə olunan hallar, həmçinin eyni anda daha çox cihazın qoşulmasını təmin etmək üçün “Wi-Fi 5” və ya “Wi-Fi 6” cihazlarının istifadəsi tövsiyə olunur. Eləcə də “dual-band Wi-Fi” tipli son istifadəçi cihazlara üstünlük verilməsi daha faydalı ola bilər”, - deyə İKTA-nın məlumatında bildirilir.

“Wi-Fi” modemini seçmək və “Wi-Fi 5” və “Wi-Fi 6” arasındakı fərqləri anlamaq üçün aşağıdakı təlimat təqdim edilib:

 

Xüsusiyyət (Wi-Fi versiyası)

“Wi-Fi 5” (802.11ac)

“Wi-Fi 6” (802.11ax)

Maksimal sürət

3.5 Gbps

9.6 Gbps

Tezliklər

5 GHz

2.4 GHz, 5 GHz

Cihaz dəstəyi

30-50

100-150

Gecikmə və sürət sabitliyi

10-20 ms

1-5 ms

Əhatə dairəsi

5 GHz

2,4 GHz

5 GHz

Açıq – 30-50 m

Qapalı – 15-20 m

Açıq – 90-120 m

Qapalı – 30-40 m

Açıq – 30-50 m

Qapalı – 20-25 m

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728