azturkxeber.az
http://azturkxeber.az

Çin Ukrayna böhranının aradan qaldırılması cəhdlərini alqışlayır

24-02-2025

Çin Ukrayna böhranının aradan qaldırılması cəhdlərini alqışlayır


Çin Rusiyanın və müvafiq tərəflərin Ukrayna böhranını həll etmək üçün müsbət səylər göstərdiyini görməkdən məmnundur.

Bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Çin lideri tarixin və reallıqların Çin ilə Rusiyanın yaxın qonşu və səmimi dost olduğunu sübut etdiyini, tərəflərin bir-birini daim dəstəklədiyini vurğulayıb.

O əlavə edib ki, nadir strateji dəyərə malik olan Çin-Rusiya əlaqələri heç bir 3-cü qüvvəyə qarşı yönəlməyib və heç bir kənar qüvvə tərəfindən təsirlənə bilməz.

Qeyd edək ki, bu, ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı danışıqların başlamasından sonra Si Cinpin ilə Vladimir Putinin ilk ünsiyyətidir. Dövlət başçılarının sonuncu ünsiyyəti Donald Trampın ABŞ-da prezident vəzifəsinin icrasına başlamasından bir gün sonra olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728