azturkxeber.az
http://azturkxeber.az

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşlarla görüşəcək

24-02-2025

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşlarla görüşəcək


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov fevralın 28-də saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

Bu barədə  Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə fevralın 27-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728