azturkxeber.az
http://azturkxeber.az

BDU-nun kafedra müdiri Vyanada beynəlxalq konfransda vergi hüququna dair çıxış edib

24-02-2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri dosent Əsmər Əliyeva Avstriyanın paytaxtı Vyanada keçirilən “Dünya ölkələri üzrə transfer qiymətləndirilməsinin inkişafı” adlı beynəlxalq konfransda iştirak edib.

BDU-dan bildirilib ki, konfransda transfer qiymətləndirilməsi sahəsində dünyanın qabaqcıl ölkələrinin və beynəlxalq təşkilatların hesabatları təqdim edilib. Milli qanunvericiliklərdəki boşluqlar, ziddiyyət və yeniliklər müzakirə olunub. Konfransın digər vacib mövzusu isə milli məhkəmələrdə transfer qiymətinin tətbiqi zamanı yaranan problemlərin həlli yolları olub.

Dosent Əsmər Əliyeva konfransda məruzə ilə çıxış edib və təkliflər irəli sürüb. O, həmçinin konfrans iştirakçılarına Hüquq fakültəsinin “Vergi hüququ” magistr ixtisaslaşması barədə məlumat verib. Əsmər Əliyeva BDU magistrantlarının qısamüddətli tələbə mübadiləsi proqramları ilə Vyana İqtisadiyyat və Biznes Universitetində təhsil almalarının faydalarından, eləcə də universitetin müəllim heyətinin Sinqapur Vergi Akademiyasında təlimlərə cəlb edilməsinin vacibliyindən danışıb. Həmçinin xarici universitetlərin vergi hüququ professorlarının fakültədə qonaq mühazirəçi qismində dəvət edilməsinin əhəmiyyətini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728