azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanla Oman arasında siyasi məsləhətləşmələr keçirilib

24-02-2025


Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər nazirinin müavini Şeyx Xəlifə Əli İssa Al Harti ilə görüşüb.

XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın iqtisadi-ticarət, enerji təhlükəsizliyi, turizm, təhsil, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan-Oman münasibətlərinin inkişafında ikitərəfli təmasların, keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd edilib, Omanda səfirliyimizin təsis olunmasının əlaqələrimizin inkişafına təkan verdiyi bildirilib.

Ölkəmizin yaşıl enerji, nəqliyyat və kommunikasiya sahələri üzrə təşəbbüslərindən ətraflı bəhs olunub, bu istiqamətdə mümkün birgə layihələr üzrə imkanlar nəzərdən keçirilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və COP29 zamanı əldə olunmuş nəticələr qeyd olunub, ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Oman tərəfindən isə nazir müavini Şeyx Xəlifə Əli İssa Al Harti başçılıq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728