Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.
PX-dən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.
Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Yaranmasının 106-cı ildönümünü qeyd edən Azərbaycan ədliyyəsi yeni mərhələyə qədəm qoyur
Mehdiabadda sursat aşkar edilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər
Corat qəsəbəsində silah-sursat aşkar edilib (video, foto)