azturkxeber.az
http://azturkxeber.az

Vatikan şəhəri dövləti üzrə qubernatorluğa yeni prezident təyin olunub

17-02-2025

Vatikan şəhəri dövləti üzrə qubernatorluğa yeni prezident təyin olunub


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikan şəhəri dövləti üzrə qubernatorluğa yeni prezident təyin edib.

Rahibə Raffaella Petrini martın 1-dən etibarən Qubernatorluğun prezidenti, eləcə də Vatikan Dövlətində Papa Komissiyasının sədri vəzifələrini icra edəcək. Əlli altı yaşlı rəhibə Petrini indiyədək Vatikan şəhəri dövləti üzrə qubernatorluğun Baş katibi idi.

Martın 1-də Vatikan şəhəri dövləti üzrə qubernatorluğun hazırkı prezidenti kardinal Fernando Vergez Alzaqanın 80 yaşı tamam olacaq.

Qeyd edək ki, Fransiskin pontifikliyi dövründə Müqəddəs Taxt-Tacda yüksək vəzifələrdə çalışan qadınların sayı xeyli artıb. 2013-2023-cü illərdə Vatikanda qadınların nisbəti 19,2 faizdən 23,4 faizə yüksəlib, bu illər ərzində qadınlar yüksək vəzifələrə təyin ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728