azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb

13-02-2025


Azərbaycanın daha 3 taekvondoçusu Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində medal qazanıb.

Taekvondo Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri Xanoğlan Kərimov (68 kiloqram), Cavad Ağayev (80 kiloqram) və Həmidreza Bədrialiabadi (+87 kiloqram) böyüklər arasında 3-cü yeri tutublar.

Medala gedən yolda X.Kərimov 4, H.Bədrialiabadi və C.Ağayev isə 3 rəqibi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıblar.

Qeyd edək ki, daha əvvəl böyüklər arasında Mədinə Əkbərova (46 kiloqram) bürünc medal əldə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728