Rusiyanın Buenos-Ayresdəki səfirliyi Rusiya diplomatının yolda yoxlanılması ilə bağlı Argentina Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Azturkxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın rəhbəri Dmitri Feoktistov məlumat verib:
"Mən Argentina Xarici İşlər Nazirliyinə və Təhlükəsizlik Nazirliyinə növbəti etiraz notası göndərməli oldum. Biz ilk dəfə dekabrın 25-də, sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısının alınması üçün ümumi yoxlama çərçivəsində üç avtomobilimizin saxlanıldığı hadisədən sonra nota yazmışdıq. Nəticədə, Xarici İşlər və Təhülksəzilik Nazirlikləri bizdən üzr istədi. Təəssüf ki, tarix təkrarlandı”, - deyə o, jurnalistlərlə söhbətində bildirib.
"Bu dəfə diplomatik nömrəli avtomobil şəhərdən kifayət qədər uzaqda, paytaxtdan təxminən 200 km aralıda, Buenos-Ayres əyalətində saxlanılıb. Amma bu, beynəlxalq hüquq normalarına dəfələrlə etinasızlığı heç bir şəkildə izah etmir. Əvvəlki hadisədə olduğu kimi, Rusiya xarici qurumlarından birinin rəhbəri olan əməkdaşımız heç nədə şübhəli bilinmir. O, heç bir yol hərəkəti qaydalarını pozmayıb, təhlükəli manevrlər etməyib. Lakin ondan hətta baqajda silah olub-olmadığını soruşublar. Bizə qarşı bu qərəzli münasibət bizi bir daha təşvişə salıb və bu barədə Argentina rəhbərliyinə məlumat verib, belə hadisələrin təkrarlanmaması üçün əlavə tədbirlərin görülməsini tələb etmişik”, - deyə səfir əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib