azturkxeber.az
http://azturkxeber.az

Dünən Türkiyənin Antalya şəhərində G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin (Turkish Open) açılış mərasimi keçirilib

11-02-2025


Dünən Türkiyənin Antalya şəhərində G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin (Turkish Open) açılış mərasimi keçirilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Mərasimdə Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub. 
Dünən həmçinin yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən “Kristal Abşeron” klubunun yetirməsi Ülvi Məmmədov (37 kq) gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olub.
Bu gün yarışda böyükyaşlı taekvondoçularımız mübarizəyə qoşulublar. Böyüklər arasında qarşılaşmalara sabah yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərində mübarizə aparacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728