azturkxeber.az
http://azturkxeber.az

Trampın xüsusi nümayəndəsi: Ukraynada münaqişənin nizamlanması üzərində işləyirik

07-02-2025

 

ABŞ Administrasiyası Ukraynadakı münaqişənin nizamlanması üzərində işləyir.

Bunu “New York Post” qəzetinə müsahibəsində ABŞ Prezidentinin Rusiya və Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

O bildirib ki, hazırda ABŞ Prezidenti Donald Tramp başda olmaqla, Vitse-Prezident, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri, dövlət katibi və maliyyə naziri məhz bu məsələ üzrə birbaşa məsləhətləşmələr aparır.

K. Kelloq ötən həftə D. Trampın yuxarıda adları çəkilən rəsmilərlə görüş keçirdiyini də xatırladıb, habelə Rusiya-Ukrayna münaqişəsinin Moskva və Kiyev arasında birbaşa danışıqlar və qarşılıqlı kompromislər olmadan yekunlaşmayacağını açıqlayıb:

“Doğrusu, kompromis yolunu seçmək hər iki tərəf üçün vacibdir. Çünki danışıqların fəlsəfəsi məhz buna əsaslanır. Mümkündür ki, razılaşma bütün tərəflər üçün əlverişli olmasın, lakin tarazlığa nail olmaq vacibdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728