azturkxeber.az
http://azturkxeber.az

Qubanın Qırız kəndində 20 santimer qar, mənfi 8 dərəcə temperatur qeydə alınıb

07-02-2025

Qubanın Qırız kəndində 20 santimer qar, mənfi 8 dərəcə temperatur qeydə alınıb


Şimal bölgəsinə axşam saatlarından qar yağmaqda davam edir. Ən çox qar Quba rayonunun Qırız kəndinə yağıb. Kənddə qarın hündürlüyü 20 santimetrə çatır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, fevralın 6-dan başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağıb.

Qusar şəhərində 3 santimer, Xızının Altıağac qəsəbəsində 9 santimer, Qubanın Xaltan kəndində isə 10 santimer qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək düşüb. Ən aşağı temperatur Quba Qırız kəndinə qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728