azturkxeber.az
http://azturkxeber.az

Bakıdan Naxçıvana yük aparan maşında bəyan edilməyən mallar aşkarlanıb

07-02-2025

 

Bəyan edilməyən mallar aşkarlanıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yol-nəqliyyat sənədində odun doğrayan maşının ehtiyyat hissələri kimi qeyd olunan 583 kq yükün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən, ümumi çəkisi 529 kq olan 588 ədəd tomat pastasının və 10 ədəd qaz ocağının yüklənildiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728