azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirir 

05-02-2025

 


Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində işinə başlayan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) təbliğ olunur.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Sərgi çərçivəsində milli stenddə 10 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur.

Ziyarətçilərə Azərbaycanın turizm imkanları, o cümlədən qastroturizm, şərabçılıq, qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan maddi mədəni irs nümunələri barədə ətraflı məlumat təqdim olunur. 

Həmçinin Türkiyə və digər ölkələri təmsil edən turizm sektoru nümayəndələri ilə B2B formatında görüşlər təşkil edilir.

Dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) 95 ölkə təmsil olunur.

Qeyd edək ki, 2024-cü ildə Türkiyə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il ərzində Türkiyədən ölkəmizə 426 241 nəfər olmaqla 2023-cü ilin rəqəmlərindən 13 faiz çox ziyarətçi gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728