azturkxeber.az
http://azturkxeber.az

DSX Hospitalında uroandrologiya sahəsinə aid konfrans keçirilmişdir

03-02-2025

 

Yanvar ayının 25-də Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında uroandrologiya sahəsinə aid olan mövzulara dair konfrans keçirilmişdir. 

AzTurkxeber.az - ın məlumatına görə, hərbi hospitalın rəhbər və həkim heyəti, professor, uzman həkim və mütəxəssislərin iştirakı ilə başlayan konfransda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının mühafizəsi, millətin genofondunun qorunması, gələcəyinin təmin edilməsi məqsədilə ölkənin səhiyyə sistemində görülən ardıcıl və məqsədyönlü işlərdən, səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılmasından danışılmış, Hərbi hospitalın tarixi və fəaliyyəti haqqında məlumat verilmişdir.

Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri, tibb elmləri doktoru, professor İlham Əhmədov çıxış edərək konfransın keçirilməsində göstərilən diqqətə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Konfransın birinci hissəsində ölkəmizdə andrologiya sahəsində ilk dəfə əməliyyat otağından birbaşa konfrans zalına interaktiv müzakirə ilə professor İlham Əhmədovun icra etdiyi əməliyyatlar video-əlaqə vasitəsilə tədbir iştirakçılarına göstərilmişdir. 

İkinci hissədə isə uroandrologiya sahəsində müxtəlif mövzular üzrə 10-dan artıq mövzuda məruzələr dinlənilmiş, gənc həkimlərin sualları cavablandırılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728