azturkxeber.az
http://azturkxeber.az

Bakıda 7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb – Faktiki hava

02-02-2025

Bakıda 7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb – Faktiki hava


Fevralın 2-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728