Alsu Bakıda pərəstişkarlarını sevindirəcək
Fevralın 14-də Bakı Konqres Mərkəzində Rusiyanın sevilən müğənnisi Alsu möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
AZƏRPRESS Media Group xəbər verir ki, Sevgililər Günündə pərəstişkarlarını sevindirməyi düşünən müğənni bənzərsiz, incə və duyğulu səsi ilə dillər əzbəri olan bir çox hitlərini ifa edəcək.
Alsu eyni zamanda beynəlxalq səhnənin də ən parlaq ulduzlarından biridir. Onun dərin musiqi duyumu, əsrarəngiz ifası və möhtəşəm səhnə performansı hər kəsin qəlbinə toxunur. Hər çıxışı ilə dinləyicilərinə unudulmaz anlar yaşadır.
Qeyd edək ki, saat 20:00-dan 21:30-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.