Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satdıblar. Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib