azturkxeber.az
http://azturkxeber.az

Özünü psixoloq kimi təqdim edənlərin bir qismi təhsilləri barədə sualı cavablandırmır

23-01-2025 Baxılıb: 37

Sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, mental psixoloq, şəxsi inkişaf və uğur mütəxəssisi, mental sağlamlıq eksperti, şüuraltı terapevt, neyrolinqvist, ruh terapisti, hipnoz mütəxəssisi, geştalt terapiya uzmanı kimi təqdim edən çoxsaylı şəxslərin bir qismi müvafiq təhsilə malik olmaları barədə verilən sualı cavablandırmaqdan yayınırlar.

AzTurkxeber.az-a verilən məlumata görə, bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.
“Psixoloq kimi fəaliyyət göstərənlərin öz “Facebook” hesablarında bir çox hallarda yalnız ailə-məişət mövzularına fokuslanması və bununla əlaqədar qeyri-peşəkar fikir, mülahizə və tövsiyələri cəmiyyətdə psixologiya elmi ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. “İnstagram”da müvafiq təhsil və təcrübəyə malik olmayan şəxslərin psixoloq qismində fəaliyyət göstərdiyi çoxsaylı profil və səhifələrin mövcudluğu qeydə alınıb. “Tik-Tok” da isə canlı yayım vasitəsilə müvafiq məsləhətlərin verilməsi, hətta müalicə təyin olunması halları müşahidə edilib”, - deyə açıqlamada bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031