Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb
Şəki-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə İnçə kəndində qeydə alınıb.
58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyevin idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobildəki sərnişin, 27 yaşlı Zaqatala rayon sakini Aydan Mahamatebinova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş verən qəzanın təfərrüatları araşdırılır.