azturkxeber.az
http://azturkxeber.az

Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır

06-02-2025

Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır


Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Beynəlxlaq Nəqliyyat Dəhlizinin davamlı inkişafında maraqlıdırlar.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinq zamanı söyləyib.

O qeyd edib ki, dəhlizin Qərb qolunun inkişafı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında yanvarın 17-də Moskvada keçirilmiş danışıqların əsas müzakirə mövzusu olub.

“Hesab edirəm ki, siz ölkələr arasında yüksək səviyyədə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin mətni ilə tanış olmusunuz. Orada da bu mövzuya kifayət qədər diqqət ayrılıb”, - deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, Rusiya və İran prioritet qaydada dəhlizin qərb qolunda dəmir yolu logistikasının yaradılması üzərində işləyir.

“162 km uzunluğunda olan bu hissənin inşası 2023-cü il mayın 17-də Tehranda imzalanmış hökumətlərarası sazişdə nəzərdə tutulub. Bunun üçün Rusiya tərəfindən ixrac krediti ayrılıb. Biz, 2000-ci ildə imzalanmış “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə hökumətlərarası sazişin iştirakçıları olan və həmin dəhlizin qərb qolunun ərazilərindən keçdiyi Rusiya, Azərbaycan və İranın bu dəhlizin potensialının ardıcıl inkişafına dair dəyişməz mövqeyini məmnunluqla qeyd edirik”, – deyə Rusiya XİN rəsmisi söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728