azturkxeber.az
http://azturkxeber.az

Şəkidə sahibsiz itlər sakinlərə xəsarət yetirib

09-11-2024 Baxılıb: 1

Şəkidə sahibsiz itlər sakinlərə xəsarət yetirib

Şəkinin Baş Göynük və Cəfərabad kəndlərində sahibsiz itlər iki nəfərə hücum edib.

Rayonun Cəfərabad kənd sakini, 58 yaşlı Şahin Allahverdiyev işdən evə qayıdarkən sahibsiz it ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Digər hadisə isə rayonun ucqar dağ kəndlərindən olan Baş Göynükdə qeydə alınıb. Burada isə sahibsiz it küçədə 12 yaşlı Aydan Nəsibovaya hücum edərək onu dişləyib.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Sakinlərə ilkin tibbi yardım göstərilib, daha sonra quduzluq əleyhinə vaksin vurulub. Həyatları üçün təhlükə sovuşandan sonra sakinlər həkim nəzarəti altında ambulator müalicə üçün evlərinə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031