azturkxeber.az
http://azturkxeber.az

Rusiya məhkəməsi AZAL-ın təyyarə qəzası ilə bağlı sənədlərinin müsadirə olunmasına icazə verib

25-03-2025

Rusiya məhkəməsi AZAL-ın təyyarə qəzası ilə bağlı sənədlərinin müsadirə olunmasına icazə verib

Moskva məhkəməsi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq, aparılan istintaqla bağlı sənədlərin müsadirə olunmasına icazə verib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib.

Məhkəmə sənədləri göstərir ki, qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.

Qərar qüvvəyə minib və Rusiyanın cənubunda iki ünvanda sənədlərin müsadirə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31