azturkxeber.az
http://azturkxeber.az

Almaniyada vətəndaşlıq müavinətinin həcmi rekord həddə çatıb

04-08-2025

Almaniyada vətəndaşlıq müavinətinin (Bürgergeld) həcmi ötən il rekord məbləğə - 46,9 milyard avroya çatıb. Bu, 2023-cü illə müqayisədə təxminən 4 milyard avro çoxdur.

Bu barədə Əmək və Sosial Məsələlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) partiyasının sorğusuna cavabında qeyd olunub.

Həmin məbləğ ümumilikdə 5,5 milyon nəfərə ödənilib. Onlardan təxminən 4 milyonu əmək qabiliyyətli olub. Ümumi məbləğin alman vətəndaşlarına ödənilən hissəsi 24,7 milyard avro (52,6 faizi), alman pasportu olmayan şəxslərə isə 22,2 milyard avro (47,4 faizi) olub.

Xarici vətəndaşlar arasında 2022-ci ildən bəri Rusiyanın hücumu nəticəsində Almaniyaya gələn yüz minlərlə ukraynalı var. 2024-cü ildə onlara 6,3 milyard avro vəsait ayrılıb. Əsas səkkiz sığınacaq ölkəsindən olan şəxslərə isə ümumilikdə 7,4 milyard avro ödənilib.

Qeyd edək ki, AfD vətəndaşlıq müavinətinin həcminin getdikcə artmasından narazılığını ifadə edərək, əcnəbi vətəndaşlara bu müavinətin verilməsinin qadağan olunmasını tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031