azturkxeber.az
http://azturkxeber.az

Polis sahilboyu ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib

04-08-2025


Polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bakı, Sumqayıt, Xaçmaz, Şabran, Siyəzən, Neftçala şəhər və rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı* məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, tullantı sularının kənara axıdılması, özbaşına tikinti işlərinin aparılması və qadağan olunmuş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 24, sadalanan digər qadağan edilmiş əməllərə yol verən 5 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031