azturkxeber.az
http://azturkxeber.az

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

30-07-2025

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz və Lənkəran rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı* məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması və tullantı sularının kənara təyinatsız axıdılması halları aşkar edilib.

Paytaxtın Xəzər, Səbail, Qaradağ, Pirallahı, Suraxanı rayonlarında 25, Sumqayıt, Xaçmaz və Lənkəranda isə 30 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması, texniki və tullantı sularını kənara təyinatsız axıtması müəyyən edilib.

Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031