azturkxeber.az
http://azturkxeber.az

Konfrans Liqası: "Sabah" və "Araz-Naxçıvan"ın mümkün rəqibləri bəlli olacaq

04-08-2025

Konfrans Liqası: "Sabah" və "Araz-Naxçıvan"ın mümkün rəqibləri bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə "Sabah" və "Araz-Naxçıvan" klublarının da mümkün rəqibləri müəyyənləşəcək.

Bakı klubu III təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasını üstələyəcəyi halda, “Rayo Valekano“ (İspaniya), “Strasburq” (Fransa), AZ Alkmaar (Niderland) – “Vaduts” (Lixtenşteyn), “Anderlext” (Belçika) – “Şerif” (Moldova) və “Luqano” (İsveçrə) – “Selye” (Sloveniya) cütlərinin qaliblərindən biri ilə üz-üzə gələcək.

Naxçıvan təmsilçisi isə III raundda Kiprin "Omoniya" komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Riqa” (Latviya) – “Beytar Yerusəlim” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberq” (Avstriya), “Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç) və ya “Hekken” (İsveç) – “Brann” (Norveç) cütlərinin qaliblarindən biri ilə qarşılaşacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə 28-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031