Bir güllə atılmadan azadlığına qovuşan Kəlbəcər

Yerləşdiyi coğrafi mövqeyə görə mürəkkəb relyefə malik olan Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi, Azərbaycan tarixinin fəxr və qürurla xatırlanan zəfər səhifələrindən biridir.
Butorpağın hər qarışı bir xəzinə, hər damla suyu isə şəfa mənbəyidir. Dağlarla əhatələnmiş bu ərazi həm coğrafi, həm də tarixi baxımdan qiymətli bir mirasdır. Zəngin flora və faunası, saf havası, əvəzolunmaz təbiəti ilə əsl cənnət guşəsidir.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bu gün Şərqi Zəngəzurun gözəlliyi ilə seçilən Kəlbəcərdə digər azad olunmuş ərazilərimizdə olduğu kimi genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.
Tezliklə keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşacaq, bu yerlərdə həyat yenidən qayıdacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: