Kanadalı nazir: Tramp və Karni yaxın günlərdə ticarət razılaşmasını müzakirə edəcəklər

Yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında mümkün ticarət razılaşması ilə bağlı görüş gözlənilir.
Bu barədə Kanadanın idarələrarası işlər naziri və Kanada ilə ABŞ arasında ticarətə cavabdeh olan Dominik Leblan CBS telekanalına müsahibəsində bildirib.
“Yaxın günlərdə baş nazirin prezidentlə görüşünün olacağını gözləyirəm”, - deyə qeyd edib.
Onun sözlərinə görə, Karni artıq Trampla işgüzar münasibət qurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: