azturkxeber.az
http://azturkxeber.az

Kral III Çarlz Kanadanın yeni Baş naziri Mark Karni ilə görüşüb

18-03-2025


Kral III Çarlz Bukinqem Sarayında Kanadanın yeni Baş naziri Mark Karni qəbul edilib.

Cümə günü vəzifəsinin icrasına başlayan M. Karni Londona səfəri çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə də “10 Downing Street”də görüşüb. O, Paris səfərindən sonra Londonu ziyarət edib. Mark Karni Parisdə də Fransa Prezidenti Emmanuel Makronla görüşərək Avropa ilə əlaqələri möhkəmləndirmək üçün müzakirələr aparıb.

Andiçmə mərasimində M. Karni Kanadanın üç əsas xalqa - fransızlara, britaniyalılara və yerli xalq nümayəndələrinə önəm verdiyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31