azturkxeber.az
http://azturkxeber.az

Donald Trampın Birləşmiş Krallığa səfərinin tarixi açıqlanıb

14-07-2025

Donald Trampın Birləşmiş Krallığa səfərinin tarixi açıqlanıb

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri 17-19 sentyabr tarixlərində baş tutacaq.

Bu barədə Bukinqem Sarayı rəsmi məlumat yayıb. Səfər çərçivəsində Prezident Tramp və birinci xanım Melaniya Tramp Kral III Çarlz və Kraliça Kamilla tərəfindən Vindzor qəsrində qəbul olunacaqlar.

Donald Tramp bu ilin aprelində səfərin sentyabrda planlaşdırıldığını qeyri-rəsmi şəkildə jurnalistlərə açıqlamışdı. Hazırda Bukinqem Sarayında bərpa səbəbindən ötən həftə Fransa Prezidenti Emmanuel Makronun səfəri də məhz Vindzor qəsrində baş tutmuşdu.

Bu, Donald Trampın Böyük Britaniyaya ikinci dövlət səfəri olacaq. O, 2019-cu ildə Bukinqem Sarayında rəsmi qəbul edilmişdi.

Sentyabrda keçiriləcək üçgünlük səfərin detalları yaxın günlərdə məlum olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031