azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda sessiyaya sədrlik edib

04-08-2025

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forum öz işinə başlayıb. Tədbirdə ölkəmizi təmsil edən Milli Məclisin sədri Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib.

Sessiyada iştirakçı dövlətlərin təmsilçiləri çıxış edərək, müzakirə olunan mövzu üzrə fikirlərini ifadə ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrin səmərəli keçdiyini söyləyərək, bu cür platformaların təcrübə və yeni ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib. O, sessiyanın yekun sənədinin ümumi məqsədlərimizin əldə olunmasına əhəmiyyətli dəstək və Avaza Fəaliyyət Proqramının həyata keçirilməsinə töhfə olacağını söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031