Latviyadan gələn azərbaycanlı: Düşərgə iştirakçıların dünya görüşünün artmasında mühüm rol oynayacaq
Mən Latviyanın Riqa şəhərindən gəlmişəm. Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak etmək, Xankəndi şəhərində olmaq mənim üçün böyük fəxrdir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı Əliəşrəf Abdullayev deyib.
“Yay düşərgəsi iştirakçıların dünya görüşünün artmasında mühüm rol oynayacaq. Mən yay düşərgəsinin təşkilatçılarına minnətdarlığımı bildirirəm”, - deyə Əliəşrəf Abdullayev əlavə edib.