azturkxeber.az
http://azturkxeber.az

Qobustanda yol nişanlanma işləri həyata keçirilib

04-08-2025

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qobustan rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır. İşlər şəhərdaxili və kəndlərarası yolları əhatə edir.

AYNA-dan bildirilib ki, rayonun Heydər Əliyev və Zərifə Əliyeva prospektləri, E.Vəliyev, B.Qəribov, N.Şakirov, Ş.Şikarov, E.Hüseynov, M.Ə.Sabir, T.İsmayılov, M.Balakişiyev, A.Məmmədağa, O.Müstəcəbov, Z.Cavadov və Koroğlu küçələri, eləcə də Diri Baba, Cəmcəmili və Xılmilli yollarında nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Ümumilikdə 120 kilometrə yaxın ərazidə xətləmə işləri aparılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031