azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda ekoloji sabitliyi pozan şəxslər məsuliyyətə cəlb edilib

04-08-2025

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi, ekoloji sabitliyin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Xəzər dənizinin sahilboyu ərazilərində yerləşən, həmçinin digər istirahət və iaşə obyektlərdə məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması, yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb. Aşkarlanan neqativ hallarla bağlı 62 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bundan əlavə, keçirilən tədbirlərlə aşkarlanmış 5 qanunsuz ağackəsmə faktı ilə bağlı toplanmış materiallar təbiətə dəymiş ziyanın miqdarının müəyyən edilməsi və müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031