azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanda Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

04-08-2025

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri çərçivəsində avqustun 4-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu xüsusi vurğulanıb. Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni və daha dinamik inkişaf mərhələsinə daxil olduğu qeyd edilərək, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əməkdaşlığın dinamik inkişaf tempinə malik olduğu bildirilib. Qeyd olunub ki, sıx təmaslar, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən mütəmadi görüşlər və qarşılıqlı səfərlər qanunverici orqanlarımızın əməkdaşlığına mühüm və müsbət təsir göstərir. Spiker Sahibə Qafarova özünün Özbəkistana çoxsaylı səfərlərini, o cümlədən, cari ilin iyul ayında Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunda iştirakını məmnunluqla xatırlayıb. Forum çərçivəsində imzalanan “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı”, həmçinin Milli Məclislə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentinin münasibətlərimizin gələcək inkişafı baxımından əhəmiyyəti bir daha diqqətə çatdırılaraq, bu sənədlərin parlamentlərimiz və onların komitələri, dostluq qrupları və deputatlar arasında əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyətli imkanlar yaratdığı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031