azturkxeber.az
http://azturkxeber.az

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” mövzusunda panel görüşü keçirilib

14-10-2026

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Rebuild Karabakh 2026” sərgisi çərçivəsində “Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” mövzusunda panel görüşü keçirilib.

Azturkxeber.az xəbər verir ki, 14 oktyabr 2026-cı il tarixində təşkil olunan görüşdə millət vəkili Şahin Seyidzadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və “PAŞA Bank” ASC-nin İnsan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva iştirak ediblər.

Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən panel görüşündə işğaldan azad edilmiş ərazilərdə gənclər üçün yaradılan yeni imkanlar, təhsil və karyera perspektivləri, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, eləcə də gənclərin Qarabağın bərpa-quruculuq prosesində iştirakı müzakirə olunub.

Müzakirələr zamanı Qarabağda müasir dövrün tələblərinə cavab verən peşəkar kadr potensialının formalaşdırılması, gənclərin təhsil və inkişaf proqramları vasitəsilə yeni idarəetmə reallıqlarına hazırlanması məsələlərinə diqqət yetirilib.

Həmçinin gənclərin regionda uzunmüddətli sosial və peşəkar həyat qurmaları, özlərini Qarabağın gələcək inkişafının bir hissəsi kimi görmələri üçün əlverişli sosial mühitin yaradılmasının əhəmiyyəti vurğulanıb. Gənclərin əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi, məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlıq təşəbbüslərinin reallaşdırılması və innovativ ideyalarının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin gənclərin peşəkar inkişafına və regionun iqtisadi fəallığının artırılmasına verə biləcəyi töhfə də diqqətə çatdırılıb. Bununla yanaşı, gənclərin idarəetmə və qərar qəbuletmə proseslərində iştirakı, liderlik bacarıqlarının inkişafı və könüllülük fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.

Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031